20 C
Baku
9 Sentyabr 2025, 8:33
Siyasət

Çinin baş diplomatının Rusiya səfəri bir növ “bazarlıq” məqsədi daşıyır-ŞƏRH+ÖZƏL

“Çinin baş diplomatı Vanq Yinin Rusiya səfəri Amerika Prezidentinin Ukrayna səfəri ilə eyni vaxta təsadüf edir. Və Co Baydenin verdiyi mesajlar kontekstində Çin-Rusiya münasibətlərinin növbəti bir mərhələyə qədəm qoyması gündəm təşkil edir. Bu da onunla əlaqədardır ki, bu səfərdən öncə Münxen Təhlükəsizlik Konfransı baş verdi və orada Çinin də “bostanına daş atdılar”. “Rusiyadan sonra növbə Çinindir” kimi bəyanatlar verildi”

Bu fikri Bugun.tv-yə özəl açıqlamasında siyasi ekspert Əziz Əlibəyli bildirdi.

Politoloqun sözlərinə görə, Çinin də Ukrayna müharibəsi nəticələrinə görə öz hesabları var.

“Bunlar müzakirə olunmalıdır. Bu ayın 24-də Rusiya və Qərb İttifaqı arasındakı savaşın bir ili tamam olur. Əslində bu bir il heç nəyi həll etmədi. Amma bu müddət ərzində tərəflərədən Qərb artıq Münxendə bəyan etdi ki, sona qədər savaşacaq. Bir sözlə, birlik nümayiş etdirdi. Bu məqamda  Çinin baş diplomatının bu səfəri  həm də bir növ “bazarlıq” kimi çıxır. Burada məqsəd Rusiyanın yanında olacaqlarını bəyan etməklə yanaşı, həm də  böyük ölçüdə güzəştlər qopartmaqdır”.

Nigar Məmmədova

Oxşar xəbərlər

Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə-partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda dinləmə keçirildi

Teymur Əziz

Kremlin sözçüsü Peskov: Putin və Zelenski indiki mərhələdə görüşə bilməz

Aynur Camal

Peskov Federal Təhlükəsizlik Xidmətinin irəli sürdüyü iddianı “ördək” adlandırdı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu