35 C
Baku
3 Sentyabr 2025, 16:03
Dünya

Çinin xarici işlər naziri: “Biz Rusiya ilə çoxqütblü dünyanın formalaşmasına töhfə verməyə hazırıq”

Bugun.tv xəbər verir ki, Çinin xarici işlər naziri Vanq Yi Rusiya ilə çoxqütblü dünyanın və daha ədalətli dünya nizamının formalaşmasına töhfə verməyə hazır olduqlarını bildirib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Vanq Yi Moskvada görüşüb.

Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşün əvvəlində çıxış edən Vanq bildirib ki, mövcud regional və beynəlxalq vəziyyət daimi təmas və fəaliyyətlərin əlaqələndirilməsini tələb edir.

Rusiya ilə Çin arasında münasibətlərin yüksək dinamikasının iki ölkə liderlərinin sayəsində hər istiqamətdə qorunub saxlanıldığını və inkişaf etdirildiyini qeyd edən Vanq, iki ölkə arasında münasibətlərin “əbədi dostluq”, “hərtərəfli strateji koordinasiya” və “qarşılıqlı faydalı əməkdaşlıq”.

Vanq, “Çin və Rusiya müstəqil xarici siyasət yürüdürlər. Bizim əməkdaşlığımız heç kimə yönəlməyib və digər ölkələrin təsiri altında deyil”, – söyləyib.

Teymur Əziz

Oxşar xəbərlər

Rus raket qəlpələri kiçik qızın başını kəsdi! Ana dəhşət anlarının şahidi oldu

Aynur Camal

Pezeşkian və Putin Türkmənistanda görüşdülər

Aynur Camal

ABŞ 3 milyon barrel neft almağa hazırlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu