24 C
Baku
28 İyun 2025, 22:26
Dünya

Çipslər ölümə səbəb oldu

Spicy chips challenge-a qatılan 14 yaşlı gəncin ölüm səbəbi məlum olub. Çiplərin içindəki maddə uşağın ürəyinin dayanmasına səbəb olub.

Sosial şəbəkələrdə yayılan “challenge” çılğınlığı 14 yaşlı bir uşağın həyatı bahasına başa gəlib. Acılı çips yedikdən sonra ölən uşağın ölüm səbəbi olaraq acı bibər müəyyən edilib.

Məlumata görə, “Paqui” şirkətinin istehsal etdiyi çox ədviyyatlı çipsləri yedikdən qısa müddət sonra xəstələnən Wolobah “yüksək miqdarda kapsaisin (acı bibərin aktiv komponenti) istehlakı nəticəsində yaranan qəfil ürək dayanması” nəticəsində dünyasını dəyişib.

Bildirilib ki, uşaqda ürək əzələ zolağının da böyüməsi olub.

Bu arada, sosial mediada başlatdığı “challenge”də Paqui istehsalçısı istehlakçılardan dünyanın ən acı iki bibərindən əldə etdikləri məhsulu yeyərkən çəkdikləri videoları paylaşmalarını və məhsulu istehlak etdikdən sonra su içməmələrini istəyib.

ABŞ-da ümumi olan bu “challenge”də iştirak edən onlarla uşaq xəstəxanaya yerləşdirilib.

Son dərəcə acı olan bu məhsula qarşı uşaqlara və gənclərə xəbərdarlıq edilir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Şimali Koreyanın kəşfiyyat peyki Ağ Evin və Pentaqonun fotolarını çəkdi

Bugün TV

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb

Aynur Camal

İsrailin Dəməşqə hücumu nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunun iki yüksək vəzifəli məmuru öldü

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu