ABŞ-da fəaliyyət göstərən TD Bank çirkli pulların yuyulmasına görə rekord məbləğdə cərimələnib. TD Bank çirkli pulların yuyulmasında günahını etiraf edərək ABŞ tarixində yeni bir çığır açdı.
ABŞ-da Toronto-Dominion Bank (TD Bank) çirkli pulların yuyulması ittihamı ilə 3 milyard dollar cərimələnib.
BİRDƏN ÇOX CİNAYƏT VAR
ABŞ Baş prokuroru Merrick Garland mətbuat konfransında TD Bankın Bank sirri haqqında qanunu pozmaq və çirkli pulların yuyulması da daxil olmaqla bir çox cinayətdə təqsirli bilindiyini açıqlayıb.TD Bankın 1,8 milyard dollar cərimə ödəməyə razı olduğunu bildirən Qarland, digər qurumların qanuni sanksiyaları ilə ABŞ-ın TD Banka ümumilikdə təxminən 3 milyard dollar cərimə kəsdiyini qeyd edib.
Garland, TD Bankın maliyyə cinayətlərinin çiçəklənməsinə imkan verən bir mühit yaratdığını ifadə edərək, “TD Bank ABŞ tarixində Bank Sirri Aktı çərçivəsində səhvlərini etiraf edən ən böyük bank oldu və tarixdə çirkli pulların yuyulmasında günahını etiraf edən ilk ABŞ bankı oldu” deyib.
Qarland həmçinin bankın aldığı cəzanın Bank sirri qanunu çərçivəsində tətbiq edilən ən böyük cəza olduğuna diqqət çəkib və ABŞ Ədliyyə Nazirliyinin bir banka gündəlik cərimə tətbiq etməsinin ilk dəfə olduğunu qeyd edib.
ABŞ Maliyyə Nazirliyi tərəfindən edilən açıqlamada, Maliyyə Cinayətləri ilə Mübarizə Bölməsinin (FinCEN) çirkli pulların yuyulması ilə mübarizə qanunlarını pozduğu üçün TD Banka 1,3 milyard dollarlıq “rekord səviyyədə” cərimə kəsdiyi bildirilib.
TD Bankın ABŞ-ın ən böyük bankları arasında olduğuna diqqət çəkən açıqlamada sözügedən cəzanın ABŞ Maliyyə Nazirliyi və FinCEN tarixində bir əmanət təşkilatına qarşı tətbiq edilən ən böyük cəza olduğu vurğulanıb.
Açıqlamada həmçinin qeyd olunub ki, TD Bank da öz işçilərinin iştirakı ilə şübhəli fəaliyyəti vaxtında aşkarlaya bilməyib.
TD Bank Qrupunun prezidenti və baş icraçı direktoru (CEO) Bharat Masrani yazılı açıqlamada, “ABŞ-da Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə proqramımızın uğursuzluqlarına görə tam məsuliyyəti öz üzərimizə götürdük və öhdəliklərimizi yerinə yetirmək üçün lazımi investisiyaları, dəyişiklikləri və təkmilləşdirmələri edirik. Bu, bizim bankın tarixində çətin bir dövrdür: “Mənim baş direktor vəzifəsində olduğum müddətdə səhvlər oldu və mən bütün maraqlı tərəflərdən üzr istəyirəm” deyib.
Mənbə: Anadolu Agentliyi (AA)