Baş xəbərSosial

Çıxarışlı evlərin qiyməti bahalaşıb – EKSPERT RƏYİ

Bugun.tv xəbər verir ki, paytaxt Bakıda yeni tikili binaların qiyməti durmadan artır. Əsasən də, bu hal çıxarışlı evlərdə müşahidə olunur.

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev məsələyə aydınlıq gətirib. “İstənilən metrostansiyalara yaxın yerlərdə bir otaqlı, təmirli, yeni tikili binanın orta satış qiyməti 100 000-180 000 manat arasında dəyişir. Abşeron və digər ərazilərdə isə 50, 60, 80 min manata 3-4 otaqlı həyət evləri almaq olar. Təbii ki, torpağın, tikilinin çıxarışı olsa vətəndaş gəlib şəhərdən 1 otaqlı evə görə 100-180 min manat yox, 50-80 min manat verib kreditlə daha çoxotaqlı mənzil ala bilərdi.  Ancaq bildiyimiz kimi sənədsiz evlərə  kredit verilmir. Bu da öz növbəsində yenə də həyət evlərinə çıxarışların verilməsi məsələsini gündəmə gətirir. Ümid edirəm ki, tezliklə bu məsələyə daha ciddi yanaşılacaq. Çünki çıxarışın olmaması büdcə talanına gətirib çıxardır. Yəni büdcə burdan faydalana, gəlir əldə edə bilmir. İllərdir rəsmilər qeyri-neft sektorunun inkişafı ilə bağlı danışırlar, amma ölkəmizdə ən böyük qeyri-neft sektoru birbaşa daşınmaz əmlak, tikinti işləri, sənədləşmə, alqı-satqı sahəsidir. Ölkəyə gəlir gətirə bilən ən böyük sahələrdən biri də bunlardır”,- Elnur Fərzəliyev əlavə edib.

Teymur Əziz

Oxşar xəbərlər

Sinqapurdan Avstraliyaya uçan təyyarə bomba təhlükəsindən sonra geri qayıdıb

Bugün TV

Azərbaycan Ordusunun mövqeləri 16 dəfə atəşə tutulub

Aynur Camal

Baş verən yol qəzasında 4 nəfər yaralandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu