13 C
Baku
10 Aprel 2026, 22:22
Digər

CNN: Avropa qorxur ki, Tramp sülhə mane olmaqda onu və Kiyevi günahlandıracaq

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Ukraynada davam edən münaqişədə onları və Kiyevi günahlandıra biləcəyindən qorxurlar. Bu barədə CNN məlumat yayıb.Qeyd olunur ki, Avropa rəsmiləri sülh danışıqlarında irəliləyiş olmazsa, Trampın səbrinin tükənəcəyindən və razılaşmanın əldə olunmasına “mane olmaqda Ukraynanı və Avropanı günahlandıraraq” nizamlama prosesində iştirak etməkdən imtina edəcəyindən qorxurlar.

Adı açıqlanmayan ABŞ rəsmisi CNN-ə bildirib ki, Ukraynanın hazırkı vəziyyəti çətindir və “şərqdə strateji əhəmiyyətli mövqelərini itirir”.

Politico ilə əvvəlki müsahibəsində Tramp Ukrayna münaqişəsini Avropanın “öhdəsindən gələ bilmədiyi” “böyük problem” adlandırıb.

Bir müddət əvvəl Financial Times qəzeti adı açıqlanmayan rəsmilərə istinadən ABŞ prezident nümayəndələrinin Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün təklif etdiyi sülh planına cavab vermək üçün Volodymyr Zelenskiyə “günlər vaxt verdiyini” bildirmişdi.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Dmitri Medvedev yeni məktəb dərsliklərinin baş redaktoru oldu

Aynur Camal

Yanacaq qiymətləri etirazları İrlandiyada xaosa səbəb oldu, Norveçə də yayıldı

Aynur Camal

Dərinin gəncliyini qoruyan qidalar açıqlanıb: kollagen istehsalını artırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu