3 C
Baku
14 Dekabr 2025, 9:16
DünyaSiyasət

Co Bayden prezident olmaq üçün namizədliyini irəli sürdüyünü açıqladı

Co Bayden

ABŞ prezidenti Co Bayden 2024-cü ildə Ağ Evdə ikinci müddətə prezident olmaq üçün namizədliyini irəli sürdüyünü açıqlayıb.

Bugun.tv xəbər verir ki, Bayden bu barədə yayımlanan videomüraciətdə bildirib.

“Amerikalıların hər bir nəsli demokratiyanı müdafiə etməli olduqları bir anla üzləşib. Ona görə də mən yenidən seçilmək üçün namizədliyimi irəli sürürəm”, – o söyləyib.

ABŞ-ın vitse-prezidenti Kamala Harris də yenidən seçkilərdə iştirak etmək planlarını açıqlayıb.

“Amerikalılar olaraq biz azadlığa inanırıq və əminik ki, demokratiyamız yalnız onun uğrunda mübarizə aparmaq istəyimiz qədər güclü olacaq. Buna görə də Co Bayden və mən yenidən seçilmək üçün namizədliyimizi irəli sürürük”, -vitse-prezident Twitter-də yazıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Keçmiş lider Donald Tramp 2023-ci ilin noyabrında yenidən seçilmək planlarını açıqlayıb.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

Qarışqa qaçaqmalçıları 7700 dollar cərimələndi

Aynur Camal

Prezidentlər ilk dəfə olaraq səmimi şəkildə salamlaşirlar

Aynur Camal

Polis zooparkda həyatına məhəl qoymayan qadını axtarır!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu