30 C
Baku
28 İyun 2025, 16:40
Baş xəbərDünya

Co Bayden prezident seçkilərinə vaxtından əvvəl səs verdi

ABŞ prezidenti Co Bayden prezident seçkilərinə səs verib. Yarışdan geri çəkilərək namizədliyi müavini Kamala Harrisə buraxan Bayden seçicilərlə sıraya düzülərək səs verib.

ABŞ prezidenti Co Bayden noyabrın 5-də keçiriləcək ABŞ prezident seçkilərində öz partiyasının namizədi Kamala Harris və Respublikaçı namizəd Donald Tramp arasında seçim edib. Səhhətinə görə tənqidlərin mərkəzində olan Bayden iyul ayında yarışdan geri çəkilmişdi.

ABŞ prezidenti Bayden səhər saatlarında Delaver ştatının Wilmington şəhərindəki seçki mərkəzinə gedib və erkən səs verib.

Amerika mediasının böyük marağına səbəb olan erkən səsvermə prosesi üçün seçki mərkəzinə gedən Bayden digər amerikalılarla sıraya düzülərək seçicilərlə söhbət edib.

Əlil arabasında olan yaşlı qadına səs verəcəyi binaya girməsinə kömək edən Bayden şəxsiyyət vəsiqəsi yoxlanıldıqdan sonra qarşısındakı ekranda elektron imzasını imzalayıb.

Daha sonra Bayden ona göstərilən səsvermə maşınına tərəf dönüb və qapalı kupedəki maşında səs verib. Çıxışda jurnalistlərə qısa açıqlama verən Bayden, Respublikaçı namizəd Donald Trampın həftə sonu verdiyi bəzi açıqlamalara toxunaraq, bu açıqlamaların “çox utancverici” olduğunu bildirib.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Günəş tutulmasına sayılı günlər qaldı

Teymur Əziz

Kremlin ABŞ-la bağlı bəyanatı: Hər şey çox yaxşı gedir

Aynur Camal

İranın Beyrut səfirliyindən “Hizbullah tunelləri ilə İsrailə hücum” təhdidi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu