30 C
Baku
9 İyun 2025, 17:02
Baş xəbərDünya

Co Baydendən sizi güldürməyən zarafat: Mən iş axtarıram

Rəqəmsal məzmun istehsalçılarının iqtisadiyyatı mövzusunda keçirilən konfransa ev sahibliyi edən Ağ Evdə ABŞ prezidenti Co Baydenin iştirakçılara etdiyi zarafat gündəm olub.

100-ə yaxın rəqəmsal məzmun istehsalçısı və sənaye peşəkarı Ağ Evin Rəqəmsal Strategiya Ofisi tərəfindən ilk dəfə təşkil edilən “Məzmun Yaradıcı İqtisadiyyat Konfransı”nda bir araya gəlib.

Rəqəmsal məzmun istehsalı iqtisadiyyatında məxfilik, ədalətli ödəniş, süni intellekt və psixi sağlamlıq kimi mühüm məsələlərin müzakirə edildiyi konfransda ABŞ prezidenti Co Bayden də iştirak edib.

İştirakçılarla ilk olaraq selfi çəkən Bayden məzmun prodüserlərinə “Gələcək sizsiniz” deyib.

BAYDENDƏN “İŞ AXTARIRAM” ZARAFATI

Bu günlərdə daha çox insanın məzmun istehsalı işinə girmək istədiyini ifadə edən Bayden, məzmun istehsalı iqtisadiyyatının dəyərinin 250 milyard dollar olduğunu və önümüzdəki bir neçə ildə bunun iki dəfə artacağının gözləndiyini bildirib.

Bayden, məzmun yaradıcılarının ünsiyyət tərzinin bütün dinamikanı dəyişdirəcəyini düşündüyünü bildirdi.

“Buna görə də sizi Ağ Evə dəvət etdim, çünki iş axtarıram” deyə prezident Bayden əlavə edib və iştirakçılarla zarafat edib.

Baydenin etdiyi bu zarafat tez bir zamanda sosial mediada trend mövzusuna çevrildi.

Mənbə:  EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

İşğalın 320-ci günündə Qəzzaya bombalar yağdı

Aynur Camal

Disney World tətili kabusa çevrilir: Yaralı qadın təzminat iddiası qaldırır

Aynur Camal

Məşhur müğənni əməliyyat olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu