6 C
Baku
29 Yanvar 2026, 6:22
DünyaSiyasət

Co Bayden dünyanı kimyəvi silahlar müqaviləsinə qoşulmağa çağırdı

Bugun.tv xəbər verir ki, ABŞ prezidenti Bayden bütün ölkələri Kimyəvi Silahlar Müqaviləsinə qoşulmağa çağırıb. “Mən qalan ölkələri Kimyəvi Silahlara dair Konvensiyaya qoşulmağa təşviq etməyə davam edirəm ki, kimyəvi silahlara qlobal qadağa tam potensialına çatsın”, – deyə Co Bayden bildirib.

TRT Haberin məlumatına görə, ABŞ Senatındakı Respublikaçılar Partiyasının lideri Mitch McConnell dünən ABŞ ordusunun Kentukki ştatındakı Blue Grass anbarında əsəb qazı ilə yüklənmiş raketləri məhv etdiyini açıqlamışdı.

Qeyd edək ki, ABŞ 1997-ci ildə 193 ölkənin iştirakı ilə imzalanan Kimyəvi Silahlar Müqaviləsinə əsasən, sentyabrın 30-na kimi inventarındakı bütün kimyəvi silahları məhv etməyə borclu idi.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Dünya liderləri NATO-nun gələcəyini müzakirə edir

Aynur Camal

Rusiyanın hava hücumları davam edir, dinc sakinlər həlak olur

Aynur Camal

“Qrenlandiya məsələsi Avropa üçün strateji siqnaldır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu