19 C
Baku
8 Sentyabr 2024, 3:54
Dünya

Con Tester Baydeni “yarışdan çıxmağa” çağıran ikinci demokrat oldu

ABŞ-ın demokrat senatoru Con Tester ABŞ prezidenti Co Baydeni açıq şəkildə “yarışdan çıxmağa” çağıran ikinci demokrat siyasətçi oldu.

Baydenin Respublikaçılar Partiyasının prezidentliyə namizədi, keçmiş prezident Donald Trump ilə canlı yayım debatındakı zəif performansından sonra narahatlıqlar artsa da, hazırkı prezidentin yarışdan geri çəkilməsinə çağırışlar gəlməyə davam edir.

Senator Tester mətbuata verdiyi açıqlamada Baydenin xalqa göstərdiyi xidmətləri və ölkəsinə bağlılığını yüksək qiymətləndirdiyini vurğuladı, lakin Baydenin bir müddət daha seçilməməsi lazım olduğunu söylədi.

Daha əvvəl Montana ştatında prezident Baydenlə birlikdə çalışdıqlarını bildirən Tester, bir səhv gördüyü zaman ona qarşı durmaqdan çəkinmədiyini qeyd edib.

Ölkədə aparılan bir çox sorğular da Baydenin mühüm ştatlarda Trampdan geri qaldığını göstərir.

COVID-19 diaqnozundan sonra özünü təcrid edən Bayden, yüksək səviyyəli demokratların, donorların və millət vəkillərinin artan çağırışlarına baxmayaraq, bu çağırışlara qulaq asacağı barədə açıqlama vermədi.

 Baydenin namizədliyindən geri çəkilə biləcəyi iddiası

Prezident Bayden yenidən namizədlik prosesindəki performansı ilə tənqid hədəfinə çevrilərkən, Axios saytındakı bir xəbərdə Baydenin bu həftə sonu namizədliyindən geri çəkilə biləcəyi iddia edilib.

Xəbərdə vurğulanıb ki, partiya daxilində artan təzyiqlə digər Demokrat liderlər və yaxın dostlar Baydeni rəqabətdən çəkilməyə razı sala bilərlər.

Senator Uelç Baydenə açıq şəkildə “yarışdan çıxmağa” çağıran ilk demokrat idi.

Demokrat senator Peter Welch, Washington Post (WP) üçün yazdığı məqalədə Baydenin dövrün ən yaxşı prezidentlərindən biri olduğunu ifadə edərək, “Bizi əvvəllər Trampdan xilas etdi, indi də yenidən xilas etmək istəyir, amma bunun üçün ən uyğun namizəd olub-olmaması ilə maraqlanır.” “Məncə, bu adam o deyil”-  qiymətləndirməsini edib.

Baydenin canlı yayım müzakirəsindəki performansının göz ardı edilə bilməyəcəyini vurğulayan Welch, “Baydeni ölkənin yaxşılığı üçün prezidentlik yarışından geri çəkilməyə çağırıram” ifadəsini işlədib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ankarada Rusiya, Ukrayna və Türkiyə ombudsmanlarının görüşü keçirilib

Nigar Məmmədova

Türkiyənin mərkəzi hissəsində 4,8 bal gücündə yeni zəlzələ qeydə alınıb

Aynur Camal

Rusiyadan Ukraynaya hava zərbələrinin ikinci dalğası başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu