17 C
Baku
10 İyun 2025, 2:14
Sosial

Çörəyin keyfiyyətini necə müəyyən edək?-ARAŞDIRMA

Harada olmağımızdan asılı olmayaraq, çörək gündəlik rasionumuzu təşkil edir. Çünki bu bizdə doyumluluq hissi yaradır. Deyirlər ki, çörək artıq çəki yaradır. Bəs, buna səbəb nədir? Ümumiyyətlə, çörəyin keyfiyyətini necə müəyyən edək?

Bütün bu suallara cavab tapmaq üçün Bugun.tv araşdırma edib.

Atalarımız deyib ki, “çörəyi ver çörəkçiyə, birini də üstəlik”. Elə biz də çörəyin keyfiyyətini və bişirilmə qaydalarını çörəkçilərdən öyrənməyə çalışırıq. Çünki illərdir ki, bu işlə məşğul olan insanların keyfiyyətli çörəyi ən asan üsullarla müəyyən edə biləcəyindən əminik. Mütəxəssislər bildirir ki, keyfiyyətli çörək əla növ undan hazırlanmalıdır. Əla növ unu keyfiyyəti aşağı olan unla qarışdırdıqda çörəyin keyfiyyəti və saxlama müddəti aşağı düşər. İlk baxışdan keyfiyyətli çörəyi tanımaq da mümkündür.

Texnoloq Elman Bağırov qeyd edir ki, keyfiyyətli çörək sarı qızılı rəngə malik olmalıdır. Çünki bu, birbaşa unun keyfiyyətindən xəbər verir. Eyni zamanda, çörəyin alt və üst hissəsi qızarmış vəziyyətdə və hündürlüyü müvafiq dərəcədə olmalıdır. Çörəyin özünü qabığı olmalıdırki, bəzi çörəklərdə bu qabıq nazik olur. Lakin çörəyin bişmə prossesində bir mərhələ birbaşa qabığın əmələ gəlmə mərhələsidir. Biz barmağımızla basdıqda çörək öz əvvəlki vəziyyətinə qayıtmalıdır, əks halda, deməli yaxşı bişməyib.

Çörəyin tərkibinə qatılan maddələr də onun keyfiyyətinə təsir edir. Mütəxəssislər bildirirlər ki, çörək əsasən buğda və covdar unundan hazırlanır. Əsas хammal kimi un, duz, su, maya, əlavə хammal kimi şəkər, süd, yumurta, yağ, kişmiş, müхtəlif ədviyyat götürülür. Lakin çörəyin keyfiyyətli olması üçün unun əla növ olması vacibdir.

Laborant Sevinc Abdullayeva bildirir ki, gələn unlar 7-8 gün dincə qoyulur. Ondan sonra təkrar analiz olunur. Unun müqaviməti, enerjisi, yapışqanlığı, turşuluğu yoxlanılır və əgər onlar standart tələblərinə uyğundursa, həmin unlar müəssisəmizə qəbul olunur.

Çörəyin keyfiyyətini müəyyən etmək üçün onun görünüşünə baxmaq kifayət deyil. Onun içliyinin vəziyyəti də burda önəmli rol oynayır.

Keyfiyyətli çörəyi yoxlamağın daha bir üsulu var. Bunu çörəyin içinə baxmaqla, müəyyən etmək olar. Belə ki, keyfiyyətli çörək rahat şəkildə bölünür. İç hissəsinə toxunduqda nəm və yapışqan olmamalıdır. Çörəklərin qalma müddəti 24 saatdır. Əgər çörək 24 saatdan sonra da qurumursa və uzun müddət qalırsa, bu o deməkdir ki, onun tərkibində kimyəvi qatqılar var.

Mütəxəssislər bildirirlər ki, çörəyin tərkibinə qatılan bu kimyəvi maddələr insan sağlamlığına birbaşa ziyan vurur.

Ekspet Eyyub Hüseynovun sözlərinə görə, çörəyi uzun müddət yararlı etmək üçün onun tərkibinə arzuolunmaz kimyəvi maddələr qarışdırırlar. Düzdür, standartlarda onların müəyyən həddi var. Lakin əksər hallarda onu artıq miqdarda qarışdırılar. Çörək düzgün temperaturda saxlanmadıqda və ya tərkibinə qatılan maddələr təmiz olmadıqda, bir çoх mikroorqanizmlərin inkişafı nəticəsində xəstəliklər yaranır. Xüsusilə, aprel ayından oktyabra kimi çörəklərdə kartof хəstəliyi ehtimalı artır.

Əgər çörək qısa zamanda yəni 72 saat əvvəl kəsəndə içində yapışqanlıq bir maddə görürüksə, bu o deməkdir ki, un və ya avadanlıq kartof xəstəliyinə yoluxub. Artıq orda göbələklər var. Bu çörəklər sağlamlığa ziyandır və ciddi mədə bağırsaq xəstəliklərinə gətirib çıxarda bilər.

Həkimlər bildirirlər ki, yediyimiz düzgün bişirilməmiş, tərkibində qatqı maddələri olan çörəklər şəkərli diabet, köklüyə də səbəb olur. Artıq çəkinin yaranmasını isə çörəyin tərkibinə vurulan qlüten maddəsi ilə əlaqələndirirlər. Mütəxəssislər bilidirilər ki,  qlüten  çörək, makaron, bütün dənli bitkilər, pivə kimi məhsulların tərkibində olan zülaldır. Bu maddə çörək məhsullarını yumşaq və zərif edir. Qlüten  həm də bir çox məhsulların saxlanma müddətini uzadır. Diyetoloqlar bildirirlər ki, ağ çörəyin artıq çəki yaratma səbəbi məhz, bu maddə ilə bağlı deyil.

Diyetoloq Tutu Zeynalova deyir ki, “qlüten kökəldir” yanlış fikirdir. Əgər qlüten duyarlılıq testi etmisinizsə, qlütenə həssaslığınız varsa, o zaman qlütensiz çörəkdən istifadə etməlisiniz. Ümumiyyətlə, “bu kökəldir, o arıqladır” deyə bir şey yoxdur. Yediklərimizin miqdarı önəmlidir. Bir çox insanlar “kökəldir” deyərək çörəyi rasiondan çıxardırlar ki, bu da səhv fikirdir. Burda miqdar və nə qədər yediyimiz önəmlidir. Və yaxud “çörək yemirəm” deyib, çörək qrupunda yer alan qidaları nə qədər istifadə edirsizsə, bu da önəmlidir.

Hər gün süfrələrinizin ən ləziz neməti olan keyfiyyətli  çörəyin sizin üçün araşdırdıq, axtardıq və tapdıq. Mütəxəsisslərin məsləhətlərindən faydalanmaq isə, sizin verəcəyiniz qərara bağlıdır.

Nigar Məmmədova

Oxşar xəbərlər

Türk dili dərslərinə start verilir!

Kəmalə Sultan

Əlilliyi olan şəxslərin müyəssərlik problem niyə həll olunmur?

Bugün TV

“Heydər Əliyev İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu