7 C
Baku
21 Dekabr 2025, 10:59
Digər

COVID-19 qadınlarda qan damarlarının daha sürətli qocalmasına səbəb ola bilər

Bugun.tv “Spiegel” qəzetinə istinadla xəbər verir ki, “European Heart Journal” elmi jurnalında dərc olunan araşdırma bu təsirin əsasən qadınlarda müşahidə edildiyini ortaya qoyub. Tədqiqat çərçivəsində 16 ölkədən 2 min 390 nəfərin məlumatları təhlil olunub və COVID-19-a yoluxmuş, həm də yoluxmamış şəxslərin qan damarlarının vəziyyəti qiymətləndirilib. Bu virusa yoluxmuş şəxslərdə damarların bioloji yaşı qan təzyiqinin boyun arteriyasından bud arteriyasına keçmə sürəti ilə ölçülüb. Bu ölçü göstəricisi damar sərtliyini və beləliklə də, onların yaşını müəyyənləşdirmək üçün istifadə edilib. Nəticələr göstərib ki, COVID-19 virusuna yoluxmuş şəxslərdə hətta yüngül simptomatik hallarda belə, damarlar daha sərt olub. Maraqlıdır ki, bu fərq statistik olaraq qadınlarda daha geniş müşahidə edilib. Kişilərdə isə demək olar ki, heç bir fərq qeydə alınmayıb. Tədqiqatçılar bu fenomeni COVID-19 zamanı ölüm hallarının kişilər arasında daha çox olması ilə əlaqələndiriblər.

Bugün TV

Oxşar xəbərlər

Pendir alarkən nələrə diqqət etməliyik? -MÜTƏXƏSSİS MƏSLƏHƏTİ

Bugün TV

Məktəbli narkotiklə tutuldu

Könül Kərimova

Balıqçılar yenidən dənizə çıxdılar

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu