Bugun.tv-nin verdiyi xəbərə əsasən, FTB direktoru Kristofer Wray büro Covid-19 pandemiyasının Çinin Uhan şəhərindəki laboratoriya qəzasının nəticəsi olduğunu etiraf edib.
Fox News-a verdiyi müsahibədə FTB-nin virusun mənşəyi ilə bağlı araşdırması ilə bağlı ilk ictimai şərhində Wray deyib ki, “CNN 2021-ci ildə məsələ ilə tanış olan iki mənbəyə istinadən FTB-nin laboratoriya sızması nəzəriyyəsinə artıq Milli Kəşfiyyat Direktorunun Ofisi, Milli Kəşfiyyat Şurasının dörd digər naməlum qurumlarıda ortaq fikirdədirlər”.
O koronavirus haqqında müsahibəsində bildirib ki, FTB-nin xüsusi olaraq “düşmən millət dövləti” də daxil olmaqla “səhv əllərə” keçən bioloji təhlükə riski olduğunu ekspert qrupuda təsdiqləyib: “Siz milyonlarla insanın ölümünə səbəb olan Çin hökuməti tərəfindən idarə olunan laboratoriyanın potensial sızmasından danışırsız! Bu heç də adi məsələ deyil!” .
Wray, eyni zamanda araşdırmalar aparmaq üçün Çin hökuməti ilə işləməyin çətin olduğunu söyləyib. “Mən müşahidə edirəm ki, Çin hökuməti buradakı işi əngəlləmək və qarışdırmaq üçün əlindən gələni edir”- büro direktoru deyib.
Çin Xarici İşlər Nazirliyi isə keçirdiyi brifinqdə Enerji Departamentinin yenilənmiş qiymətləndirməsinə qarşı çıxan sözçüsü Mao Ning bildirib ki, “maraqlanan tərəflər laboratoriya sızmaları ilə bağlı mübahisələri qaldırmağı dayandırmalı, Çini ləkələməyi dayandırmalı və virusun mənşəyi məsələsini siyasiləşdirməyi dayandırmalıdırlar!”