20 C
Baku
28 İyun 2025, 2:56
Kriminal

“CYBERGÖZ-14” əməliyyatında tutulan 30 şübhəli həbs edildi

Bugun.tv xəbər veir ki, Antalyanın 16 vilayətində Mərc oyunlarına qarşı əməliyyatı keçirilib. Saxlanılan 93 şübhəlidən 30-u həbs edilib. 44-ü sərbəst 19-u isə məhkəmə nəzarəti şərti ilə buraxılıb.

Şübhəlilərin Cinayət yolu ilə əldə etdikləri dəyərləri kriptovalyutaya çevirərək 90-ı avtomobil, 19-u villa olmaqla 242 milyon lirə dəyərində qazandıqları daşınar və daşınmaz əmlakları var. 8 torpaq, 2 seyf, kriptovalyuta xidmət təminatçıları və bank hesabları, 52 bank kartı, 141 mobil telefon, 35 kompüter və 86 SİM kart, 6 sənədsiz silah ələ keçirilib. 18 qeyri-qanuni mərc saytına  pul köçürmələri təsbit edilib. Bank və kripto hesablarında 1,5 milyard lirə əməliyyat həcminin olduğu müəyyənləşib.

Mənbə: aa

İntizar Əmirova

Oxşar xəbərlər

Qanunsuz ağac kəsənlərə cinayət işi açıldı

Nigar Məmmədova

Bıçaqlı hücum oldu: Yüzlərlə insan ticarət mərkəzindən təxliyə edildi

Bugün TV

Kişi arvadına bıçaqla xəsarət yetirdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu