Bugun.tv xəbər verir ki, Bursa da güclü cənub-qərb küləyi nəticəsində ağac və elektrik dirəyi 2 avtomobilin üzərinə aşıb.
Dünən axşam saatlarında şəhərdə başlayan və zaman-zaman təsirini artıran cənub-qərb küləyi nəticəsində Osmanqazi rayonunun İbrahim Paşa Məhəlləsində ağac və elektrik dirəyi park edilmiş 2 avtomobilin üzərinə aşıb.
TRT Haber-in məlumatına görə, xəbər verildikdən sonra əraziyə xilasetmə, bələdiyyə və polis qrupları sövq edilib. Avtomobil hissələri, ağaclar və elektrik dirəkləri olduğu yerdən götürülüb.
Hadisə nəticəsində iki avtomobilə ziyan dəyib.