25 C
Baku
20 İyul 2025, 0:03
Baş xəbərHadisə

Cənubi Afrikada baş verən yol qəzasında 20 nəfər öldü

Bugun.tv xəbər verir ki, Cənubi Afrika Respublikasının Limpopo əyalətində baş verən yol qəzasında 20 nəfər həyatını itirib.

Yerli mətbuatın məlumatına görə, Limpoponun Musina şəhərində mədən işçilərini daşıyan avtobus yük maşını ilə toqquşub və yanıb.

Limpopo Nəqliyyat və İcma Təhlükəsizliyi Departamentindən verilən açıqlamada polisin qəza ilə bağlı araşdırmanı tamamladıqdan sonra ictimaiyyətə məlumat verəcəyi açıqlanıb.

Mədən işçilərinin işlədiyi “Murray and Roberts” şirkətindən verilən açıqlamada ölən işçilərin yaxınlarına maddi dəstək veriləcəyi bildirilib.

Bugün TV

Oxşar xəbərlər

Yol qəzası oldu: 1 nəfər öldü, 2 nəfər yaralandı

Bugün TV

Tanınmış vəkili maşın vurdu

Nigar Məmmədova

Türkiyənin mərkəzi hissəsində 4,8 bal gücündə yeni zəlzələ qeydə alınıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu