12 C
Baku
28 Mart 2026, 20:12
Baş xəbərDünya

Cənubi Koreya prezidenti Ağ Evdə mahnı oxudu

Bugun.tv xəbər verir ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeolun Ağ Evdə mahnı oxuyub.
O, şam yeməyində Don Makklinin klassik mahnısı olan “American pie”ni ifa edib. Ziyafətdəkilər Yoonu ayaq üstdə alqışlayıblar. O, məktəbdə olarkən “American Pie”nin ən çox sevdiyi mahnılardan biri olduğunu bildirib.

Həmkarının ifasından təəccübləndiyini gizlətməyən Co Bayden Yoona “Sənin oxuya biləcəyini düşünmürdüm” deyib.

Naharın sonunda ABŞ prezidenti  Yoona Makklinin imzası olan akustik gitara hədiyyə verib.

Xatırladaq ki, sözügedən mahnı 1971-ci ildə debüt edib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu