25 C
Baku
20 İyul 2025, 7:40
Baş xəbərDünya

Cənubi Koreya Şimali Koreyanın yüzlərlə “zibil balonları” göndərdiyini açıqladı

Cənubi Koreya Şimali Koreyanın bir-birinin ardınca ölkəyə içərisində zibil olan yüzlərlə şar göndərməyə davam etdiyini açıqlayıb.

Yonhap xəbərinə görə, Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamaya görə, Pxenyan rəhbərliyi dünən yüzlərlə zibil balonu göndərdikdən dərhal sonra bu gün də eyni addımı atıb.

Açıqlamaya görə, Şimal ölkəyə içərisində kağız və plastik butulkalar olan təxminən 480 şar göndərib və balonların bir hissəsi paytaxt Seulu əhatə edən Gyeonggi bölgəsinə düşüb.

Bəyanatda vətəndaşlara şarlara toxunmamaq və onlara yaxın düşənləri aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Buna cavab olaraq Şimali Koreya mayın sonunda Cənubi Koreyaya zibil daşıyan 3 mindən çox şar göndərib.

İki ölkə arasında gərginliyə səbəb olan şar tədarükü Şimali Koreya tərəfindən “ifadə azadlığı” olaraq qiymətləndirilir, Cənubi Koreya isə bu açıqlamanı pisləyib.

Mənbə:  TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

WhatsAppdan yenilik!

Teymur Əziz

Amerikanın 28 ən böyük şəhəri batmaq üzrədir

Aynur Camal

Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat keçirilir 

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu