14.4 C
Baku
14 Mart 2025, 16:28
Baş xəbərDünya

Cənubi Koreyada narahatlıq artır: ‘Kim Çen In ilə birləşəcəyik’ iddiası

Cənubi Koreyada vəzifəsindən uzaqlaşdırılan Yoon Suk Yeol hərbi vəziyyət qərarından sonra üsyan ittihamı ilə ona qarşı açılan işin ilk iclasında iştirak edib. Yoon ifadə verərkən tərəfdarları məhkəmənin yaxınlığında nümayiş keçirib. Narahatlıqların artdığı Cənubi Koreyada nümayişçilərdən biri olan Şin Çenq-min ölkəsinin Kim Çen Inın liderliyi ilə Şimali Koreya ilə birləşəcəyini iddia edib.

Cənubi Koreyada 2024-cü ildə hərbi vəziyyət elan edildikdən sonra başladılan istintaq çərçivəsində dövlət başçısı vəzifəsindən uzaqlaşdırılan Yoon Suk Yeol “qiyama” ittihamı ilə ona qarşı açılan cinayət işinin ilk iclasında iştirak edib.

Müttəhimin iştirakının məcburi olmadığı ilk iclasda Yoon məhkəməyə qara kostyum və qırmızı qalstukda gəlib.

İclasda Yoonun vəkilləri iş materiallarını hələ tam araşdırmadıqlarını əsas gətirərək, ittihamlarla bağlı müdafiələrini daha sonra edəcəklərini bildiriblər.

Yoonun vəkillərinin həbs şərtlərinin ortadan qalxdığı əsası ilə həbssiz mühakimə olunması tələbi məhkəmədə araşdırılıb.

Digər tərəfdən, dinləmədən əvvəl məhkəmə yaxınlığındakı nümayişdə bir çox insan Yoonun azadlığa buraxılmasını tələb edib. Yoonun uğursuz hərbi vəziyyət cəhdindən sonra ölkənin Kim Çen Inın rəhbərlik etdiyi Şimali Koreya ilə birləşəcəyi ilə bağlı iddialar Cənubi Koreyada narahatlıq yaradıb.

BBC-yə danışan Yoonun tərəfdarı Şin Çenq-min, “Əgər prezident vəzifəsindən azad edilsə və müxalifət lideri seçilsə, ölkəmiz Şimali Koreya və Kim Çen Inla birləşəcək” deyib.

Shin Jeong-min bildirib ki, sol təmayüllü müxalifət partiyası Şimali Koreya ilə birləşmək və Cənubi Koreyanı kommunist ölkəyə çevirmək istəyir.

40 yaşlarında bir Yoon tərəfdarı “Bu, kommunizm və demokratiya arasında müharibədir” dedi. 30 yaşlarında olan başqa bir Yoon tərəfdarı, “O, Şimali Koreyanın bütün casuslarını həbs edəcək” deyərək, Yoonun ən qısa zamanda öz vəzifəsinə qaytarılması lazım olduğunu müdafiə etdi. 57 yaşlı musiqiçi Oh Jung-hyuk, “Mən əvvəlcə Yoonu dəstəkləmədim, amma hərbi vəziyyət mənim gözlərimi açdı” dedi, “biz cəmiyyətimizdə solçu qüvvələrin nə qədər dərin gizləndiyini görürük” deyib.

“Şimali Koreya və Çin mənim ən böyük narahatlıqlarım arasındadır” dedi, 30 yaşlı Kim Gyung-joo, dostları kimi solçu olduğunu və əvvəlcə prezidentin hərbi vəziyyət qərarını çox tənqid etdiyini söylədi. Kim Gyung-joo bildirib ki, YouTube-da məsələni araşdırdıqdan sonra hərbi vəziyyətin “qaçılmaz” olduğunu başa düşüb.

Kim Gyung-joo, “Mən prezident olsaydım, mən də bunu elan edərdim” sözlərini əlavə etdi.

“Anti-kommunizm Cənubi Koreyanın hərbi diktatorlarının dominant ideologiyasına çevrilib və onlar bu ideologiyadan cəmiyyətə nəzarət etmək və insanların azadlıqlarının məhdudlaşdırılmasına haqq qazandırmaq üçün istifadə ediblər” deyə Chungang Universitetinin sosiologiya professoru Şin Jin-vuk bildirib.

“Yunun ritorikası keçmiş diktatorların ritorikası ilə demək olar ki, tamamilə üst-üstə düşür və o, 1987-ci ildə Koreyanın demokratiyaya keçidindən sonra bu anti-kommunist ideologiyadan belə açıq-saçıq istifadə edən ilk prezidentdir”, – Şin Cin Vuk bildirib.

Koreya Milli Birləşmə İnstitutunun sorğu eksperti Li Sanqsin Şimali Koreya ilə birləşmə iddialarının daha əvvəl də səsləndiyini və bu iddiaların mənbəyinin ultra-mühafizəkar qruplar olduğunu bildirib.

İfrat sağçı qrupların insanlar tərəfindən təcrid edildiyini və görməzlikdən gəldiyini ifadə edən Li Sanqsin, “Ancaq Yoon prezident olduğu üçün sözlərinin çəkisi var və onun dediklərini çox adam qəbul etdi” dedi. Yoonun tərəfdarlarını “sürətlə böyüyən bir kulta” bənzədən Li Sanqsin hərbi vəziyyətin tətbiqi ilə bağlı addımın “parçalayıcı” addım olduğunu bildirib.

Demokrat Partiyasının deputatı Wi Sung-lac Yoonun müxalifəti hədəf alan ritorikasını şərh edib: “Bu, Yoonun müxalifəti şeytanlaşdırmaq və tamamilə anti-demokratik hərəkətinə haqq qazandırmaq üçün uydurduğu saxta xəbərdir”.

Wi Sung-lac dedi: “Bizim Koreyada demokratiya və azadlıq uğrunda mübarizənin uzun tarixi var. “Yunun Koreya demokratiyasını məhv etmək cəhdinin qarşısını almağı bacaran bizik.

Wi Sung-lac, “Bu ifrat fikirlər yayılsa da, məhdud olacaq. Əksər insanlar həqiqətən kim olduğumuzu başa düşür və normala qayıtmaq istəyirlər” dedi.

Prezident Yoon Suk Yeol 2024-cü il dekabrın 3-nə keçən gecə televiziyadakı çıxışında “müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan etsə də, parlamentdə keçirilən səsvermədə bu qərar ləğv edilərək Nazirlər Şurası tərəfindən təsdiqlənəndə geri addım atdı. Milli Məclisdə 14 dekabr 2024-cü ildə keçirilən səsvermədə vəzifəsindən azad edilməsi tələb edilən Yoon Konstitusiya Məhkəməsinin qərarına qədər vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırıldı və Baş nazir Han Duck-soo vəkil olaraq təyin edildi.

Müxalifətin təşəbbüsü ilə 2024-cü il dekabrın 27-də Milli Assambleyada keçirilən səsvermədə dövlət başçısı funksiyasını yerinə yetirən Baş nazir Hanın impiçment qərarı qəbul edilib və Hanın yerinə baş nazirin müavini və maliyyə naziri Çoi Sanq-mok prezidentlik kürsüsünə keçib.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

“Türkiyə müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə etməlidir”

Aynur Camal

Yol qəzası: 5 ölü, 1-i ağır yaralandı

Bugün TV

Milli inkişaf strategiyasının hazırlanması adlı tədbir həyata keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu