Baş xəbərKriminal

Çətənə kolları yetişdirən rayon sakini saxlanılıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, RPŞ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Qaraqaşlı kənd sakini Elxan Qasımov saxlanılıb.
Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsində olan ağacların ətrafında, həmçinin dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 207 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında hüzn, həm də qürurla yaşayan bir tarixdir

Bugün TV

Ekspert: ABŞ və İran arasında danışıqlarda anlaşma mümkündür

Aynur Camal

Vüqar Bayramov: Yeni Dövlət Proqramı iş adamları üçün yeni imkanlar yaradacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu