Bugun.tv xəbər verir ki, Bakı-Qazax magistral yolunda dəhşətli qəza baş verib. Hadisə Kürdəmir rayonunun Padar kənd ərazisində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, yük maşını ilə 25 nəfərlik “Sprinter” sərnişin avtobusu toqquşub. Xeyli sayda ölən və yaralananlar olduğu bildirİlib.
Qəza yerinə Təcili Tibbi Yardım briqadası ilə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Yaralılar dərhal rayon xəstəxanasına çatdırlıb.
Faktla bağlı cinayət işi başladılıb.