21 C
Baku
15 Mart 2025, 12:27
Baş xəbərDünya

Dəməşqdəki səfirlik yenidən fəaliyyətə başladı

Azərbaycan Xarici İşlər Nazirliyi Dəməşqin Suriyadakı səfirliyinin yenidən açıldığını açıqlayıb. Nazirlikdən verilən açıqlamada Azərbaycanın Dəməşqdəki səfirliyinin 13 illik fasilədən sonra yenidən fəaliyyətə başladığı bildirilib.

Açıqlamada qeyd olunub ki, səfirliyin müvəqqəti işlər vəkili Dəməşqə gedib və işə başlayıb.

Bəyanatda Azərbaycanın Suriyada beynəlxalq hüquq prinsipləri əsasında daimi sülh və sabitliyin bərqərar olmasına tərəfdar olduğu bildirilib və aşağıdakı bəyanatlar səsləndirilib:

“Azərbaycanla Suriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu, siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişafı üçün yeni imkanların yarandığı bu mühüm dövrdə səfirliyimiz Suriyadakı keçid hökuməti ilə sıx əməkdaşlıq edərək ikitərəfli münasibətlərimizin inkişafına dəstək verəcək”.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Qəzzada daha bir uşaq “aclıqdan” öldü

İntizar Əmirova

Sudandan Rusiyaya hərbi baza üçün yaşıl işıq

Aynur Camal

Fəxri xiyaban ziyarət edilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu