Baş xəbərHadisə

Dəmir-dümür anbarında yanğın oldu

Bugun.tv xəbər verir ki, İstanbul Ataşehirdə təkrar emal üçün istifadə edilən hurda materialların anbarında baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. İçerenköy Eski Üsküdar Prospekti Tunceli Sokakda hurda materialların olduğu birmərtəbəli anbarda naməlum səbəbdən yanğın baş verib.

TRT Haber-in məlumatına görə, Xəbərdarlıq üzərinə hadisə yerinə çoxlu xilasetmə, sağlamlıq və polis qrupları sövq edilib. Qısa müddətdə böyüyən yanğın anbarın arxa tərəfindəki 4 mərtəbəli binanın qarajına keçib. Qarajda olan mikroavtobus sahibi tərəfindən son anda çıxarılaraq yanmaqdan xilas edilib.

Yanğınsöndürənlər yanğına müdaxilə edərkən, polis qrupları da ətrafda tədbir aldı.

Yanğın nəticəsində anbarda olan qırıntılar yararsız hala düşüb, yanğın qrupların işi ilə nəzarətə götürülüb və söndürülüb.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Alimlər: çatlar artıq yeni növ iş formasıdır

Aynur Camal

Gənc ixtiraçı plastik tullantılardan yanacaq istehsal edib

Aynur Camal

Süni intellekt bir çox virusa qarşı təsirli ola biləcək yeni peyvənd hazırlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu