29 C
Baku
28 İyun 2025, 18:29
DünyaHadisə

Dəmiryol qəzası baş verdi: ölən və yaralananlar var

Bugun.tv xəbər verir ki, Hollandiyada dəmiryol qəzası baş verib. Nəticədə bir nəfər ölüb, ən azı 30 nəfər yaralanıb.

Səhər saatlarında iki göyərtəli yüksək sürətli sərnişin və yük qatarı toqquşaraq relsdən çıxıb. Bu barədə yerli Fövqəladə Hallar Qrupu açıqlama verib.

Bildirilir ki, içində təxminən 60 sərnişin olan qatar Amsterdam şəhərindən təqribən 65 kilometr cənubda yerləşən Haaqaya gedərkən Voorschoten adlı kənd yaxınlığında relsdən çıxıb.

Hadisə yerinə dərhal xilasetmə qrupları cəlb olunub. Qurumdan 19 nəfərə xəstəxanada, digərlərinə isə hadisə yerində tibbi yardım göstərildiyi deyilir.

Qəzadan sonra qatarın ön vaqonu relsdən çıxaraq bitişik sahədə ilişib. İkinci vaqon əyilib və ən arxa vaqonda yanğın başlayıb, lakin sonradan söndürülüb.

Hadisənin səbəbləri ilə bağlı müxtəlif məlumatlar var. Qəza ilə bağlı ilk xəbərdə sərnişin qatarının yük qatarı ilə toqquşduğu bildirilib. Hollandiya Dəmir Yollarının (NS) sözçüsü Erik Kroeze bu barədə dəqiq və ətraflı məlumat verə bilməyəcəyini söyləyib.

Qəzadan sonra Amsterdam, Brüssel və Paris arasında qatarlar ən azı çərşənbə axşamı günortaya qədər ləğv edilib.

Mənbə: NTV haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Mahmud Abbasın Türkiyə Böyük Millət Məclisindəki çıxışı ərəb mətbuatında geniş işıqlandırıldı

Aynur Camal

Laçında qəza: “Azərenerji”nin əməkdaşları həlak oldular

Bugün TV

Barmaq izindən xərçəng xəstəliyini erkən aşkarlayan yeni test hazırlandı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu