12 C
Baku
28 Mart 2026, 19:35
Dünya

Dənizə atılan mesaj 63 ildən sonra sahildə tapıldı!

Butulkada dənizə atılan mesaj 63 ildən sonra sahilə yuvarlandı!

İçəridə onu tapan üçün mükafat var idi

1961-ci ildə ABŞ və Kanada arasında yerləşən Seal adasının sahillərində bir şüşəyə qoyulmuş mesaj 63 il sonra sahilə atıldı. Şüşəni tapmağa görə də mükafat var idi.

1961-ci ildə ABŞ-ın Men ştatı ilə Kanadanın Yeni Şotlandiya əyaləti arasında Fundi körfəzindəki Machias Seal adasında mesajlar olan 5 şüşə dənizə atılıb. Bu yaxınlarda şüşə Boston yaxınlığındakı Cape Cod’un şimal ucunda tapıldı. Mütəxəssislər butulkaların səth axınlarını izləmək üçün istifadə edildiyini və tapılan şüşənin drift şüşəsi olduğunu izah ediblər.

Sözçü məsələ ilə bağlı bunları deyib: “1922-ci ildən başlayaraq tədqiqatçılar butulkaları okeana ataraq, səth axınlarını izləyir və insanlardan şüşələrin nə vaxt və harada tapıldığını bildirmələrini xahiş edirdilər”.

Bu köhnə tip texnologiyanın yalnız xilasetmə yerlərini və tarixlərini anlamağa kömək etdiyi bildirilsə də, “Okean axınları haqqında məlumat bizə neft dağılmaları kimi potensial insan təsirlərini necə minimuma endirəcəyimizi anlamağa kömək edir. Lakin peyklər və superkompüterlər indi cərəyanların daha yaxşı təxminlərini təmin edir.”

Yahoo.news xəbər verir ki, şüşəni tapan şəxs üçün içərisində mükafat da olub. Butulkanın yerini bildirən hər kəsə 1 dollar mükafat vəd edilmişdi.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu