10 C
Baku
3 Dekabr 2024, 21:19
Dünya

Dəhşətli qəza! Sərnişinlərlə dolu iki təyyarə toqquşub

Braziliyadan qorxulu görüntülər… Sərnişinləri ilə uçuş-enmə zolağında havaya qalxmağa hazırlaşan təyyarənin eniş edən başqa bir sərnişin təyyarəsi ilə toqquşması nəticəsində quyruq çubuqları qopub.

Braziliyada sərnişinlərlə dolu iki təyyarə toqquşub. San-Pauludakı Konqonhas hava limanında baş verən qəza uçuş təhlükəsizliyi ilə bağlı mühüm məsələni gündəmə gətirib.

Hadisə yerli vaxtla saat 17:00 radələrində havaya qalxmağa hazırlaşan Gol Boeing 737-8 MAX təyyarəsi ilə dayanacağa doğru hərəkət edən Latam Airbus A319 təyyarəsinin toqquşması nəticəsində baş verib.

Latam təyyarəsinin bir neçə dəqiqə əvvəl uçuş-enmə zolağına enərək aeroportun dayanacağına doğru hərəkət etdiyi bildirilərkən, təyyarənin sol qanadının ucu havaya qalxmağa hazırlaşan Boeing təyyarəsinin quyruq konusuna dəydiyi bildirilib.

Bu toqquşma nəticəsində “Boeing” təyyarəsinin quyruq konusunda qopma baş verib, təyyarənin aşağı gövdəsində dəlik əmələ gəlib, “Latam” təyyarəsinin qanad ucunda kiçik zədələr olduğu bildirilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb və hər iki təyyarədə olan sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilib.

Həm Boeing, həm də Latam qəzaya düşən təyyarələrə texniki qulluq göstərildiyini açıqlayıb.

Bildirilib ki, qəzadan sonrakı yoxlama və texniki xidmətdən sonra təyyarənin uçuşa yararlılığı yenidən qiymətləndiriləcək. Hər iki hava yolu şirkəti belə qəzaların təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görüləcəyini və araşdırmanın davam etdiyini açıqlayıb.

Mənbə: TGRT

Kəmalə Sultan

Oxşar xəbərlər

Ağac halqalarından öyrənildi: 2023-cü ilin yayı son 2 min ilin ən isti yayı kimi qeydə alındı

Aynur Camal

Neslihan Atagülün məscid ziyarəti! Başını örtüb poza verdi

Teymur Əziz

Kofein istehlakı Alzheimer simptomlarını azalda bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu