Banqladeşin Narayanqanc bölgəsində təkər fabrikində baş verən yanğında qapalı qaldığı güman edilən 130-dan çox adamın axtarışları davam edir.
Banqladeş həm sel, həm də yanğın fəlakətləri ilə mübarizə aparır.
Avqustun 25-də Narayanqanc rayonunda təkər fabrikində baş verən yanğında böyük fəsadlar törədib…
Yanğında itən və ya qismən dağılmış binanın dağıntıları altında qaldığı ehtimal edilən 130-dan çox adam axtarılır. Lakin axtarışlar zamanı hələlik heç bir iz tapılmadığı öyrənilib.
Yanğınsöndürmə idarəsinin rəsmiləri bildiriblər ki, yanğın bir sutkadan sonra nəzarətə götürülüb, lakin kiçik yanğınlar davam edə bilər.
Səlahiyyətlilər yanğının uzun sürməsi, kimyəvi maddələr və suyun təzyiqi səbəbindən 6 mərtəbəli fabrik binasının qismən dağıldığını və bununla da itkin düşənlərin axtarışını çətinləşdirdiyini bildirib.
Bölgə rəsmilərindən Hamidur Rəhman açıqlamasında “Böyük miqdarda kimyəvi maddə yandı. Ona görə də burada cəsədlər olsa belə, bu şərtlərlə onları tapmaq mümkün deyil” deyib.
Mənbə: EnSonHaber