10 C
Baku
12 Dekabr 2024, 22:22
Baş xəbərKriminal

Dələduzluq əməllərinin sayı artıb

Bugun.tv xəbər verir ki, son günlərdə vətəndaşlara qarşı dələduzluq halları artmağa başlayıb.

Xüsusilə sosial şəbəkələrdə vətəndaşların əmlakını ələ keçirməyə çalışan, bu əməli törədən şəxsləri hansı cəzalar gözləyir?

Bugun.tv- bu sualını cavablandıran vəkil Əli Qəmbərov bildirib ki, dələduzluq insanların inam və etibarından sui-istifadə edərək onların əmlak və ya əmlak hüquqlarının ələ keçirildiyi cinayət növüdür. Bu əməli törədənlər Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə məsuliyyət daşıyırlar. Qanuna, əsasən, dələduzluqla ələ keçirilən əmlakın dəyəri 1000 manatdan 7000 manatadək olduqda əməl xeyli miqdarda, 7000 manatdan artıq olduqda isə külli miqdarda zərər vurumaqla törədilən cinayət əməli sayılır.

Vəkil Əli Qəmbərovun sözlərinə görə, xüsusilə son dövrlərdə sosial şəbəkələrdə vətəndaşların inamından istifadə edərək, onlara məxsus pul vəsaitlərinin ələ keçirən dələduzlar peyda olub. Bu hal daha çox onlayn alış-veriş zamanı baş verir. Onlayn sifariş zamanı saxtakarlığın qurbanı olanların bilməli olduğu vacib məqamlar var.

“Bununla bağlı müxtəlf növ cəzalar tətbiq olunur. Cərimə, ictimai və islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətdə azadlıqdan məhrumetmə cəzası ilə cəzlandırılırlar. Dələduzluq xüsusilə külli miqdarda törədildikdə 14 il müddətinədək azadlıqdan məhrumemə ilə cəzalandırılır. Elektron ticarətin inkişafı ilə bağlı olaraq, bu tip onlayn dələduzluqlar geniş yayılmağa başlamışdır. Sosial şəbəkələr üzərindən orta bazar qiymətindən aşağı qiymətə hər hansı malların satışı və yaxud da ki, xidmətlərin göstərilməsi ilə bağlı vətəndaşları aldadaraq onlardan onlayn qaydada müxtəlif məbləğlərini ələ keçirmək və bundan sonra onlarla əlaqəni kəsməyə yönəlmişdir. Bu tip dələduzlar yəni onlayn dələduzluqla məşğul olan şəxslər, adətən, başqa-başqa şəxslərin adına bank kartı açırlar. Mütəmadi olaraq yaşayış yerlərini mobil nömrələrini dəyişirlər. Bu tip hadisənin baş verdiyi hallarda müvafiq dövlət orqanlarına müraciət edilməsi zəruridir”.

Bununla yanaşı zərərçəkən şəxs məhkəmə qaydası ilə vurulan zərərin geri ödənilməsini tələb edə bilər.

“Artıq araşdırma nəticəsində məlum olur ki, sizə nə qədər maddi ziyan vurulub. Əgər, həqiqətən də, dələduzluq faktı sübuta yetirilərsə, zərər ödənilməlidir. Bunlarla yanaşı əgər kart məlumatları 3-cü şəxsin əlinə keçibsə, bu zaman zərərçəkmiş banka müraciət edərək kartın bloklanamsını tələb edə bilər. İcazəsiz əməliyyatlardan vaxtında xəbərdar olmaq üçün SMS məlumatlandırma xidmətindən istifadə etmək məsləhətdir”,- Ə.Qəmbərov vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Qəzzada fələstinlilərə isti yeməklər paylanıb

Aynur Camal

Dünya səyyahları Laçında səfərdədirlər

Aynur Camal

Qəzzada 11 ayda kədərli mənzərə: İsrailin hücumunda 16 min 480 uşaq öldü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu