Gülərlə Elçin neçə vaxtdır görüşürlər. Bu vaxt ərzində Elçin bir dəfə də olsun evlənmək barədə söz açmayıb. Gülər dəfələrlə rəfiqəsinin nişanlanmasından, ərə getməsindən danışıb, eyham vursa da, Elçin söz arasına söz qatıb, söhbəti dəyişir. Bunu görən Gulər Elçinə kələk gəlmək istədi. Axşam görüşə gələndə Elcinə dedi ki, Rəfiqəm Nərgiz ərə getdi.
– Xoşbəxt olsun.
– Sara qonşumuz nişanlandı, yayda toyudur.
– Xoşbəxt olsun. Paltar sənə çox yaraşır.
– Sənin də köynəyin pis deyil. Bir şad xəbər var.
Atam məni ərə verir. Bu gün- sabah elçilər gələcək.
– Bunun nəyi şad xəbər oldu? Sən atana deyə bilmirsən ki, mənim ərə gedən vaxtım deyil?
– Elçin mənim 25 yaşım var.
– Nə olsun, mənim 30 yaşım var. O gün anam mənə deyəndə ki, ay oğul evlən.
Dedim mənim evlənən vaxtım deyil. Mən hələ hazır deyiləm, əl çəkdi məndən. Sən də belə de, səndən əl çəkəcəklər.
– Mən deyə bilərəm.
– Deyərsən.
– Birdən soruşsalar sənin istədiyin oğlan var, nə deyim? De ki, var amma…
– Amma nə?
– Evi yoxdur, evi olan kimi elçilərini göndərəcək.
– Bəlkə razı olmayıb məni ərə verdilər onda necə olacaq?
– Onda bir şüşə sirkə alırsan.
– Sirkəni neynəyirəm?
– Sənə məhəl qoymayıb verdilər ərə, sirkəni çək başına.
– Sirkəni içim ölüm.
– Yadımdan çıxıb sənə deyim, əvvəlcədən sirkəni boşaldıb su ilə doldurarsan.
– Mən sirkə almayacağam.
– Sən almırsan, mən alaram, sirkəni boşaldıb, su doldurub, verərəm sənə.
– Sənin mənimlə evlənmək fikrin var?
– Əlbəttə var.
– Bəs kimi gözləyisən?
– Belə işdə tələsmək olmaz. Atalar deyib tələsən təndirə düşər.
– Hə də ay var, gün var. Nə yaşımız var, hara tələsirik?
– Son zamanlar yaman əsəbi olmusan.
– Əsəbi olaram da, mənim rəfiqələrim hamısı ərə getdi, qonşumuz Əsmər ikinci dəfə ərə gedir.
– Səndən iraq, qulaqlarını dart.
– Qulaqlarımı dartmaqdan uzanıb.
– Qulaq dedim yadıma Van Qoq düşdü. Qulağını kəsib göndərib sevgilisinə.
– Məhəbbətin gücünə bax.
– İstəyirsən məndə kəsib göndərim qulağımı?
– Bir təkqulağımız əksiy idi. Sən elçilərini göndərmirsən qulaqlarını kəsib göndərəcəksən?! Mən dəli gör bir kimə aşiq olmuşam? –
– Dəlinin birinə.
– Mən getdim.
– Hara?
– Dəlixanaya!
– Dayan mən də gəlirəm.
ƏHMƏD ORUCOĞLU