27 C
Baku
8 İyun 2025, 16:09
Baş xəbərKriminal

Dəmir yollarından oğurluq edən şəxslər saxlanıldı

Dəmir yolları xəttinin Qaradağ rayonu Səngəçal-Qobustan mənzilinin 67-ci kilometrliyində quraşdırılan ümumilikdə dəyəri 10 min manat olan 6 ədəd drossel-transformatorlar naməlum şəraitdə oğurlanıb.

Bu barədə Bugun.tv-yə DİN-in mətbuat  xidmətindən bildirilib.

Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin və Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər – əvvəllər məhkum olunmuş Böyükağa Hüseynov, onun qohumları Elçin Ağayev və Şükür Salmanov növbəti dəfə transformatorları oğurlamaq istəyən zaman Qobustan qəsəbəsi ərazisində maddi sübutlarla birlikdə saxlanılıblar. Onlardan oğurladıqları transformatorların bir hissəsi və hadisə zamanı istifadə etdikləri avadanlıqlar aşkar edilərək götürülüb. Saxlanılan şəxslər ifadələrində digər transformatorları hissələrə ayıraraq Səbail rayonu Bayıl qəsəbəsində yerləşən əlvan metal qəbulu məntəqələrindən birinə satdıqlarını bildiriblər.
Qeyd edək ki, dəstə üzvlərinin oğurladıqları drossel-transformatorları dəmir yollarında qatarların hərəkətinin nizamlanması zamanı istifadə edilən işıqforların fəaliyyətini tənzimləyən əsəs elektrik qidalandırıcıdır. Bu hadisə nəticəsində dəstə üzvləri dəmir yolları təsərrüfatına 10 min manata yaxın maddi ziyan vurublar.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

“Kızılcık Şerbeti”nin Aposu Settar Tanrıöğenin son durumu açıqlandı

İntizar Əmirova

“Ermənistan çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyanlar üçün hələ heç bir addım atmayıb”

Aynur Camal

Tələsin! Türkcə Yetərlik imtahanına müraciətə son 3 gün qaldı!

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu