16 C
Baku
17 Oktyabr 2025, 1:00
Dünya

Dəmir yolu kəsişməsində iki sürətli qatar toqquşub!

Slovakiyanın şərqində iki sürətli qatar toqquşub. Qəza iki qatarın relslərinin kəsişməsində baş verib, ikisi ağır olmaqla 20 nəfər xəsarət alıb.

Slovakiya Dəmir Yolları ölkənin şərqindəki Roznava şəhərində iki sürətli qatarın toqquşduğunu açıqlayıb. Qəza iki qatarın kəsişmədə toqquşması nəticəsində baş verib.

Slovakiyanın daxili işlər naziri Matus Sutaj Estok verdiyi açıqlamada yaralanan 20 nəfərdən ikisinin vəziyyətinin ağır olduğunu bildirib.

Estok qəzanın səbəbini araşdırmaq üçün araşdırma başlatdıqlarını bildirib.

Yerli mətbuatın məlumatına görə, səlahiyyətlilər hadisə yerinə helikopterlər və təcili yardım maşınları göndərib.

Sosial mediada paylaşılan görüntülərdə bir qatarın ön hissəsinin ağır zədələndiyi, digərinin isə relsdən çıxdığı görünür.

Mənbə: TgrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Gözlər altındakı torbalardan necə qurtulaq?

Aynur Camal

Çin “dünyanın ən çox əhalisi olan ölkə” adını itirir

Nigar Məmmədova

İşğalçı təyyarələr Suriyada binanı bombalayıb: 7 nəfər həyatını itirib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu