Bugun.tv xəbər verir ki, Sinopda 16 gün əvvəl dənizdə boğulma təhlükəsi ilə üzləşən ana, ata və iki uşaq müalicə aldıqları xəstəxanalarda həyatlarını itiriblər.
Xatırladaq ki, şəhərdə yaşayan Şaban Cinbe iyulun 31-də həyat yoldaşı Aynur və iki uşağı ilə birlikdə sərinləmək üçün dənizə girib. Burada batmaq təhlükəsi ilə üzləşən ana, ata və iki uşağı vətəndaşlar sudan çıxarıblar.
Həkimlərin günlərdir davam edən səylərinə baxmayaraq, ailə üzvlərinin həyatını xilas etmək mümkün olmayıb.
