Bugun.tv televiziyası olaraq “Orta məktəblərdə bir dərsin interaktiv keçməsi üçün əyani vəsaitlərlə təmin edilməsi məsuliyyətini kim daşıyır” mövzusunu araşdırdıq.
Bu haqda sualımızı Elm və Təhsil eksperti, ixtisas seçimi üzrə mütəxəssis, yazar, jurnalist Rizvan Fikrətoğlu cavablandırıb.
Ekspert vurğulayıb ki, orta məktəblərdə dərslərin interaktiv keçirilməsi üçün əyani vəsaitlərin təmini mühüm məsələlərdən biridir: “Bu barədə məsuliyyətin əsas daşıyıcı hüquq və maddi baxımdan müəyyən bölgülərə bölünür. Burada dövlətin vəzifəsi də var eləcə də məktəbin də vəzifəsi var. Eyni zamanda müəllimin rolu da var. Əsas üç yerə bölmək olar. Dövlətin əsas vəzifəsi budur ki, Elm və təhsil nazirliyi dövlət məktəblərində tədrisin keyfiyyətinin artırmaq üçün maddi texniki bazanı qurmaq səlahiyyətindədir. Dövlət məktəblərə interaktiv lövhələr, kompüterlər proyektorlar, kitab və metodik vəsaitlər, fənlər üçün laboratoriya avadanlıqları, eləcə də digər əyani vəsaitlər verməlidir. Ümumiyyətlə hökümət büdcəsində təhsilə ayrılan vəsaitlərin bir hissəsi məhz bu məqsədlər üçün nəzərdə tutulub.
Həmçinin məktəb rəhbərliyi öz daxili təşəbbüsü ilə sinifləri vəsaitlərlə təmin edə bilər. Yəni interaktiv resusların artırması üçün addımlar ata bilər. Məktəblər öz növbəsində bu resursların qorunub saxlanması və düzgün istifadəsi üçün məsuliyyət daşıyır.
Müəllimin isə, şəxsən öz büdcəsindən vəsaitlər alması qanun və etik baxımdan məcburi deyil. Çünki müəllimin əmək haqqı onun özünə aiddir.
Ümumiyyətlə bütün əyani vəsaitlərlə təminatın əsas dəstəyi dövlətdir. Məktəblər artıq dəstəkləyici rol oynayır. Müəllim isə öz istəyi ilə yaradıcı və təşəbbüskar ola bilər”.
Eyni zamanda, ekspert mövzu ilə bağlı, problemin İş dəftərlərində olduğunu dilə gətirdi. O qeyd etdi ki, əvvəllər İş dəftərləri Dərsliklərin bir komponenti idi. Hazırda isə məsuliyyət valideynlərin üzərinə düşür. Elə ailələrimiz də var ki, büdcəsi uşağına iş dəftəri almağa imkan vermir. Bu da həm uşağa psixoloji cəhətdən mənfi təsir göstərir, həm də dərsin keyfiyyətini aşağı salır. Çox istəyərdik ki, yaxın bir zamanlarda yenidən iş dəftərləri dərsliklərin bir komponentinə daxil edilsin. Dünya təcrübəsi də bunu göstərir ki, bir çox ölkələrdə bu belədir.
Elm və Təhsil eksperti, ixtisas seçimi üzrə mütəxəssis, yazar, jurnalist Rizvan Fikrətoğlu.