18 C
Baku
26 Aprel 2025, 11:08
Baş xəbərKriminal

Dəyəri 3 min manat olan 22 ədəd metal tor oğurlayan şəxs saxlanıldı

Dəmir yolları xəttinin Sabunçu rayonu Pirşağı-Zabrat mənzilinin 25-ci kilometrliyində təhlükəsizliyin təmin olunması məqsədi ilə dəmir yol kənarına çəkilmiş 22 ədəd əlvan metaldan olan tor naməlum şəraitdə oğurlanıb.

Bu barədə Bugun.tv-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Hadisə barədə məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəticədə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Kamran Loğmanov qısa zamanda saxlanılıb və Polis Şöbəsinə gətirilib. Həmin şəxsin oğurladığı dəmir torlar isə polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Kamran Loğmanov ifadəsində dəmir torları satmaq məqsədi ilə oğurladığını etiraf edib.

Qeyd edək ki, Kamran Loğmanov etdiyi oğurluq nəticəsində dəmir yol təsərrüfatına 3 min manata yaxın maddi ziyan vurub. Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Erməni zabiti ölüb.

Bugün TV

Bakıda Yaponiya İmperatorunun doğum gününə həsr edilmiş ziyafət təşkil olunub

Nigar Məmmədova

NATO baş katibi: Qoşunlar Kosovoda sülhü qorumağa hazırdır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu