19 C
Baku
8 Sentyabr 2024, 3:47
Baş xəbər

D.Medvedyev: “Avropa siyasətinin sevimli metodu günahı sağlam başın üzərinə yıxmaqdır”

“Avropa siyasətinin sevimli metodu günahı sağlam başın üzərinə yıxmaqdır. Fransa Prezidenti Emmanuel Makronun son bəyanatını izah etməyin başqa yolu yoxdur”.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” hesabında bu fikirləri bildirib.

Makronun Rusiyanı Ermənistan-Azərbaycan sərhədində vəziyyəti qızışdırmaqla bağlı ittiham etməsinə cavab olaraq Medvedev qeyd edib ki, bu bəyanat daha çox yanlışdır:

“Makron əslində Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı. Fransanın özünün 1960-cı illərin sonundan bəri keçmiş müstəmləkələrində necə davrandığını xatırlamaq lazımdır. O, Fransanın Ermənistanı nə qədər çox sevdiyini şiddətlə deyir. Bununla o, müdrik və nəcib görünməyə çalışır. Son açıqlama açıq-aşkar erməni diasporasının rəğbətini qazanmağa hesablanıb”.

“İyrənc müstəmləkə keçmişi, hazırda isə açıq-aşkar amerikapərəst mövqeyi üçün – (C’est une honte) ayıb olsun, cənab Prezident!”, – Medvedev hər iki dildə vurğulayıb.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalının efirində Rusiyanı Cənubi Qafqazda və onun hüdudlarından kənarda sabitliyi pozmaq üçün Ermənistan və Azərbaycan arasında son toqquşmaları qəsdən təhrik etməkdə ittiham edib.

Aynur Camal

Oxşar xəbərlər

Gəncədə vətəndaşlar qanunsuz saxlanılan silahlarını polisə könüllü təhvil verildi

Kəmalə Sultan

15 xal toplayıb, Houston Rockets qalib gəldi

İntizar Əmirova

Meşə yanğını oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu