21 C
Baku
14 Oktyabr 2025, 15:09
Baş xəbərSiyasət

“D. Tramp Azərbaycan və Ermənistan liderlərini Vaşinqtona dəvət edir..”

“ABŞ prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün təşəbbüs göstərir. Avqustun 10-da Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtona dəvət olunduğu bildirilir.

Ötən həftə ABŞ-ın yüksək səviyyəli diplomatları prezident Trampın tapşırığı ilə Bakıda olublar. Görünür, amerikalı rəsmilər Bakının ardınca İrəvana da səfər ediblər. Bu xüsusi missiyanın əsas məqsədi Azərbaycan və Ermənistan arasında sülh prosesini sürətləndirməkdir”.

Bugun.tv xəbər verir ki, bu barədə məlumatı politoloq, siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşıb.

Ekspert açıqlamasında həmçinin bildirib ki, tərəflər Vaşinqton görüşündə sülh müqaviləsinin mətnini paraflaya bilərlər. Yekun sülh sazişinin bağlanması isə Ermənistan Konstitusiyasına dəyişikliklər və ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması ilə müşayiət oluna bilər. Vaşinqton görüşü baş tutarsa, Minsk qrupunun buraxılması barədə birgə bəyanat imzalanması real variantlardan biridir.

ABŞ-ın Cənubi Qafqazda fəallaşması həm də regionda öz geosiyasi mövqelərini gücləndirməyə yönəlib. Bunun tərkib hissəsi olaraq Ermənistanda keçirilən birgə hərbi təlimlər də Rusiyanın mümkün təxribatlarının qarşısını almağa hesablanıb.

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert

Aynur Camal

Oxşar xəbərlər

Nabranda su polisi nəzarət-profilaktiki tədbir keçirdi

Kəmalə Sultan

Putinin qubernatora verdiyi Mir pişiyi öldü

Aynur Camal

Türkiyə seçkilərdən sonra Putinin səfərinə ümid etdildiyi bildirildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu