34 C
Baku
26 İyul 2025, 22:21
Baş xəbərSiyasət

D.Tramp prezident İlham Əliyevə təşəkkür etdi

“ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündəki çıxışını paylaşması və dövlət başçımızın buna görə təşəkkür etməsi iki ölkə arasında münasibətlərin inkişafına xüsusi töhvə verəcək” – deyən Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə öz sosial media hesabında paylaşım edib.

Deputatın sözlərinə görə, bir tərəfdən, dünyanın aparıcı iqtisadi və siyasi güc dövlətinin Azərbaycan rəhbərinin çıxışını paylaşması qürurverici olmaqla yanaşı, digər tərəfdən bu heç də beynəlxalq münasibətlərdə mütəmadi müşahidə edilən hal deyil. Belə ki, ABŞ Prezidentləri çox az hallarda digər dövlət rəhbərlərinin çıxışlarını paylaşırlar. Bu həmçinin cənab Əliyev tərəfindən Xankəndidə təşkil edilən forumda qaldırılan məsələlərə qlobal diqqət kimi xarakterizə olunmalıdır.

Ermənistan işğalı zamanı baxımsız şəhərə çevrilən və son 2 ildə yenidənqurma və inkişaf mərhələsinə qədəm qoyan Xankəndi şəhərində keçirilən forum ilə bağlı belə bir paylaşımın olması həm də geo-siyasi əhəmiyyət daşıyır. Xankəndidə verilən mesajlar paylaşılır və qlobal olaraq yüksək səviyyədə müzakirə edilir.

Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi ötən il 2022-ci il ilə müqayəsidə 3 dəfədən çox artıb. 2022-ci ildə 570 milyon dollar olan ticarət dövriyyəmiz, 2023-cü ildə 904 milyon, ötən il isə 1 milyard 752 milyon dollar olub. Dövlətlər arasında əməkdaşlığın inkişaf edən dinamıkası ticarət və qarşılıqlı sərmayə qoyluşları sahəsində daha geniş imkanlar yaradacaq.

Millət vəkili Vüqar Bayramov 

Aynur Camal

Oxşar xəbərlər

Minik avtomobili ilə mikroavtobus toqquşdu: 3 nəfər öldü, 5 nəfər yaralandı

Bugün TV

Milli Məclisdə Heydər Əliyevə həsr olunan dinləmələrin keçirilməsi təklif edilib

Aynur Camal

Ağaclardan düşənlər insanları heyrətə saldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu