10 C
Baku
30 Mart 2026, 10:34
Digər

“D. Tramp Rusiya ilə Ukraynada sövdələşməyə gedir”

Bugun.tv-yə daxil olan məlumata əsasən, siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ və Rusiya arasında mümkün geosiyasi razılaşmaların Ukrayna müharibəsinə təsirlərini şərh edib.

Ekspertin sözlərinə görə, Donald Tramp administrasiyasının Rusiya ilə, xüsusilə İran məsələsi fonunda müəyyən sövdələşməyə getməsi ehtimalı var. Bu halda ABŞ-ın Ukraynaya dəstəyinin zəifləməsi və Kiyev üzərində siyasi təzyiqlərin artması mümkündür. Bildirilir ki, bu cür addımlar Ukraynanı danışıqlara məcbur etmək məqsədi daşıya bilər.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya üçün əsas prioritet istiqamət İran deyil, məhz Ukraynadır. Onun fikrincə, Moskva üçün Ukrayna üzərində nəzarətin gücləndirilməsi həm regional, həm də qlobal güc balansında mövqelərin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Ekspert əlavə edib ki, ABŞ-ın İrana qarşı mümkün hərbi addımları Vaşinqtonun beynəlxalq imicinə mənfi təsir göstərə və resurslarının parçalanmasına səbəb ola bilər. Bu isə ABŞ-ın eyni vaxtda bir neçə geosiyasi istiqamətdə zəifləməsi riskini artırır.

Onun sözlərinə görə, buna baxmayaraq, Ukraynanın tam məğlubiyyəti real görünmür. Böyük Britaniya, Fransa və Almaniya kimi ölkələrin dəstəyi və Kiyevin hərbi texnologiyalar sahəsində irəliləyişləri müharibədə balansın qorunmasına imkan verir.

Eyni zamanda, Yaxın Şərqdə, xüsusilə Yəmən ətrafında husilərin aktivliyi və Qırmızı dənizdə gərginlik qlobal ticarət və enerji daşımaları üçün əlavə risklər yaradır.

Aynur Camal

Oxşar xəbərlər

Bilirdinizmi? Dünyanın ən qədim universitetlərindən biri 9-cu əsrdə qadın tərəfindən yaradılıb

Aynur Camal

Bakıda “Sevgi və Sülh” Yoqa Festivalı keçirildi

Aynur Camal

İran müharibəsi bir ayını tamamladı: qlobal enerji və təhlükəsizlik böhranı dərinləşir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu