16 C
Baku
23 Oktyabr 2025, 23:15
Digər

“D. Tramp və V. Putin arasında Budapeşt görüşünün perspektivi yoxdur”

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, Macarıstanın paytaxtı Budapeştdə növbəti dəfə ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin Ukrayna böhranı ilə bağlı danışıqlar aparacaq. Ankoric görüşündən fərqli olaraq, bu dəfə Putin qovluğunda Ukraynanın beş regionu deyil, yalnız bir regionu – Donbasın Rusiyaya verilməsi təklifi ilə gəlir. Bu cəlbedici təklif Tramp tərəfindən müsbət qarşılanıb. Məhz buna görə də prezident Zelenskinin son Vaşinqton səfəri nəticəsiz qalıb.

Alyaska görüşündən sonra Putinin digər dörd regiondan imtina etməsi, əsasən, ABŞ və Avropanın Ukraynaya hərbi dəstəyinin nəticəsi kimi meydana çıxıb. Rusiya ordusu şərq cəbhəsində taktiki itkilər verir, eyni zamanda ölkənin strateji neft emalı zavodlarının hədəfə alınması Kreml üçün ciddi problemlər yaradıb.

V. Putin Donbası əldə etməklə daxildə “qələbə eyforiyası” formalaşdırmaq və bu ab-havadan istifadə edərək növbəti mərhələdə Baltikyanı ölkələrə qarşı təxribatlara zəmin hazırlamaq istəyir. Xüsusilə Estoniyada yaşayan rus azlıqlarının “müdafiəsi” Moskva üçün həmişə hazır bəhanədir.

Avropa liderləri və Ukrayna Budapeşt görüşünə skeptik yanaşır. Prezident Zelenski Donbasın Rusiyaya güzəşt edilməsini qəti şəkildə rədd edir. Onun təklifi yalnız mövcud təmas xəttində atəşkəsin bərpası və danışıqların davam etdirilməsidir. Lakin Rusiya buna razı deyil. Buna görə də Budapeşt görüşü, böyük ehtimalla, nəticəsiz başa çatacaq.

Əgər Tramp Ukraynanın şərq bölgəsini Putinə güzəştə gedərsə, bu, Vaşinqtonun Avropa müttəfiqləri ilə etimadını ciddi zədələyəcək. ABŞ-ın Rusiya qarşısında geri addım atması onun qlobal liderlik statusunu zəiflədər və Moskvanın yeni güc qütbünə çevrilməsinə şərait yaradar. Tramp şəxsi biznes maraqlarında güzəştə gedə bilər, amma Ukrayna ABŞ-ın mülkiyyəti deyil ki, onu satmaq mümkün olsun. ABŞ geostrateji maraqlarını itirə bilməz. Rusiya Donbası əldə etsə, növbəti hədəf Zəngəzur dəhlizi ola bilər.

D. Trampın “müharibələri mən dayandırmışam” iddiası da real nəticə deyil.

Azərbaycan–Ermənistan müharibəsi onsuz da başa çatıb. Pakistan–Hindistan, Tayland–Kamboca, İsrail–Həmas qarşıdurmaları da hələ bitməyib.

Trampın yeganə uğuru Kongo və Ruanda arasında sülh sazişinin imzalanmasıdır.

Ümumiyyətlə, ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsini diplomatik yolla bitirməsi real görünmür. Budapeşt görüşü sülh üçün deyil, daha çox Moskvanın mövqeyini legitimləşdirmək cəhdidir.

Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə

Aynur Camal

Oxşar xəbərlər

Cənubi Koreya vətəndaşı Rusiyada casusluğa görə həbs edildi

Bugün TV

“Narkotikə “yox” deyək” !

Aynur Camal

Qurd xəstəliklərinin artmasına səbəb nədir?-HƏKİMDƏN AÇIQLAMA

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu