Tramp Putin telefon danışığı, Donald Tramp, Vladimir Putin, Məhəmməd Əsədullazadə, Rusiya Ukrayna müharibəsi, Ukraynaya təzyiq, Donbas, ABŞ Rusiya münasibətləri
Siyasət

D. Tramp V. Putinlə ticarət müqaviləsi bağladı

Siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ Prezidenti Donald Trampın Rusiya ilə dizel yanacağına dair razılaşma əldə etməsi və bunun mümkün siyasi nəticələri barədə sosial media hesabında şərh paylaşıb.

Bugun.tv xəbər verir ki, ekspert paylaşımında iddia edib ki, Tramp Rusiya ilə dizel yanacağı ilə bağlı razılaşma əldə edib və bu istiqamətdə sanksiyaların tətbiqini dayandırıb. Onun fikrincə, Mayamidə ABŞ və Ukrayna rəsmiləri arasında danışıqlar aparıldığı bir vaxtda Moskva ilə belə bir razılaşmanın əldə olunması Kiyev üçün ciddi zərbə ola bilər.

Məhəmməd Əsədullazadə hesab edir ki, Trampın Rusiya ilə mümkün sövdələşməsinin əsas məqsədlərindən biri ABŞ-da noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində benzin və dizel yanacağının qiymətlərini sabit saxlamaqdır.

Seçkilərin mümkün təsirləri

Ekspertin fikrincə, Respublikaçılar Partiyasının Konqres seçkilərində mövqelərini itirməsi Tramp administrasiyası üçün ciddi siyasi çətinliklər yarada bilər. O, həmçinin ABŞ-da aparılan sorğuların və siyasi proseslərin Trampın siyasətinə münasibətdə narazılığın artdığını göstərdiyini iddia edib.

Məhəmməd Əsədullazadə əlavə edib ki, İranla bağlı razılaşmanın əldə olunmaması və Ukraynanın çətin vəziyyətdə qalması Respublikaçılar Partiyasının seçkilərdə dəstəyinə mənfi təsir göstərə bilər.

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir

Aynur Camal

“Rusiya-Ukrayna müharibəsinin hərbi həlli yoxdur”

Aynur Camal

BMT Sudanla bağlı təcili atəşkəs çağırışı etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu