“ABŞ prezidenti D. Trampın Qəzza ilə bağlı 20 bəndlik planı ərəb ölkələri, Avropa və Türkiyə tərəfindən qəbul edilib. Xüsusilə, Həmasla ABŞ və İsrail arasında aparılan danışıqlara vasitəçilik edən Qətərdə razılıq verib. Məhz buna görə B. Netanyahu Qətərin Baş nazirindən hücuma görə üzr istəyib” – deyə şərh edən politoloq Məhəmməd Əsədullazadə həmçinin qeyd edib ki, Yaxın Şərqin yeni şəkilləndirilməsi reallaşır.
Göründüyü kimi İsrailin Qəzzanı işğal etmək planı baş tutmur. Bu planda Qəzzanın İsrailin ərazisinə birləşdirilməsi nəzərdə tutulmur. Böyük Britaniya, Türkiyə və ərəb ölkələri Qəzzanın İsrailin idarəçiliyinə verilməsinə icazə vermədi. Halbuki B. Netanyahunun əsas planı Qəzzanı tam işğal etmək, fələstinliləri buradan köçürmək ibarət idi. Bu plana D.Trampıda inandırmışdı. Bu planin baş tutmamasında Türkiyə və Böyük Britaniyanın rolu xüsusi rolu olub.
Həmas 72 saat ərzində girovları buraxmalı.
Həmçinin baş verənlərə əsasən İsrail də üzərinə düşəni həll etməlidir. Əgər, bu D. Trampın bu planını İsrail yerinə yetirməsə, D.Trampın reytinqinə mənfi təsir edəcək. Xüsusilə, bu təkcə daxili deyil, beynəlxalq nüfuzu zədələnəcək.