8 C
Baku
12 Dekabr 2024, 9:42
Baş xəbərSiyasət

Dağlıq Qarabağ məsələsi ilə bağlı 3 tərəfli qərar qəbul edilib

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Saqifə Qafarova ilə görüşündə bəyan edib ki, Avropa strukturlarını, xüsusən də Avropa Parlamenti və AŞPA-nı Dağlıq Qarabağdakı vəziyyətin nizamlanmasına yönəlmiş proseslərə cəlb etmək cəhdlərindən çəkinmək lazımdır.

“Güman etmək lazımdır ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri səviyyəsində verilən qərar var. Biz bunu rəhbər tutacağıq və bu razılaşmaların həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Avropa institutlarının cəlb olunmasının lehinə bəyanatlar verənlər isə sadəcə olaraq ölkəni itirə bilərlər”, – Volodin bildirib.

Rusiya Dövlət Duması prezidentinin fikrincə, AŞPA və Avropa Parlamentinin bu işə cəlb olunması “Dağlıq Qarabağ probleminin həllində vəziyyəti gərginləşdirəcək, yeni problemlər yaradacaq və əgər bu həyata keçirilərsə onda iştirak edənlər bütün nəticələrə görə məsuliyyət daşımalıdırlar.”

Aynur Camal

Oxşar xəbərlər

“Bir ailə” filminin 80, ssenari müəllifinin 115 yaşı tamam olur – FOTO

Bugün TV

Valideyinlər məktəbə axın etdilər

Bugün TV

Rusiya Apple-a qadağa qoydu

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu