9 C
Baku
13 Dekabr 2024, 7:57
Baş xəbərSosial

Daha 100 mənzil və fərdi ev verildi

Bugun.tv xəbər verir ki, Bakı və bölgələrdə şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olanlara və digər imtiyazlı şəxslərə daha 100 mənzil və fərdi ev verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4660, bu il üzrə 160, ümumilikdə ötən dövrdə 13460 mənzil və fərdi ev verilib.

Belə ki, təqdimat MİDA-nın Hövsan Yaşayış Kompleksində və Abşeron, Tərtər, Goranboy, Ucar və Zərdab rayonlarında daha 100 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, həmçinin digər imtiyazlı şəxslərə (gözdən əlilliyi olan şəxslər, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər və b.) edilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.

Nazir müavini şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatı proqramına ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə başlandığını vurğulayıb.

Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində ötən dövrdə 124 min şəxsə 281 min xidmət göstərilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan bu sosial dəstək paketi çərçivəsində mənzil, fərdi evlə təminat proqramı da 5 dəfə genişlənib. 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.

Bu gün təqdim mənzil və fərdi evlər də daxil olmaqla 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4660, bu il üzrə 160, ümumilikdə ötən dövrdə isə 13460 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığı uyğun olaraq 2023-cü ildə də ən azı 1500 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlarımıza veriləcək.

Yeni mənzillərlə təmin edilən vətəndaşlar daim dəstəklə əhatə olunduqları, həmçinin yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Aynur Camal

Oxşar xəbərlər

Sulu bitki örtüyü onu gizlətdi! Yeni kəşf edilən 250 illik şəhər

Aynur Camal

“İblis və…” tamaşasının premyerası keçirildi

Aynur Camal

Autizm spektr xüsusi diqqət və qayğı tələb edilən xəstəlikdir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu