11 C
Baku
20 Aprel 2025, 5:00
Baş xəbərSosial

Daha 14 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olundu

Bugun.tv xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 14 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edib. O, seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Aynur Camal

Oxşar xəbərlər

İdarədən çıxan motosiklet baryerlərə dəydi: 1 yaralı var

Bugün TV

Aİ 36 000 gəncə Avropaya səyahət etmək üçün pulsuz qatar bileti verəcək

Aynur Camal

2023 dovşan ili olacaq

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu