36 C
Baku
20 İyul 2025, 16:22
Baş xəbərKriminal

Daha 18 nəfər saxlanıldı

Bugun.tv-yə daxil olan məlumata görə, Nərimanov rayonunda İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb edilən daha 18 nəfər saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının son 1 ay ərzində həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılanlardan 5 kiloqrama yaxın narkotik vasitə, psixotrop maddə, eləcə də elektron tərəzilər götürülüb.

Həmin şəxslər – Tamerlan Əliyev, Nurlan Aqdamifar, Amid Nəbiyev, Orxan Axundov, Elçin Cəfərov, Ramil Məcnuni, Sultan Rzayev, Kahin Məmmədov, Ağasəf Xurşidov, Vüsal Əzizov, Rəşad Aslanov, Feyruz Cavadov, Rahil Qəniyev, Əminə Səfərova, İlyas Xudadatzadə, Rövşən Abdulov, Rövşən Vəliyev və Gülnar Ağayeva barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Saxlanılan şəxslərin bir-neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları müxtəlif İran vətəndaşından Bakı şəhərində satmaq məqsədi ilə aldıqlarını bildiriblər.

Sözügedən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Yol qəzası: 2 ölü, 4 yaralı

Aynur Camal

İnsanları Marsa göndərmək üçün NASA-nın öhdəsindən gəlməli olduğu 5 problem

Aynur Camal

iPhone 17 ilə bağlı təəccüblü inkişaf: iPhone 16-nı unutduracaq bir xüsusiyyət ilə gəlir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu