Image default
Baş xəbərSosial

“Daha 230 peşə və kvalifikasiya standartı hazırlanıb təsdiqlənəcək”

Bugun.tv-yə daxil olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən son beş ildə 1400-dək, o cümlədən son aylarda 70 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib.

Hazırda proses davam edir və cari ilin sonunadək əlavə 230 standartın hazırlanıb təsdiq edilməsi nəzərdə tutulur.

Təsdiq edlən standartlar Nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”ndə yerləşdirilir.

Peşə standartları konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununu, əmək şəraiti ilə bağlı minimum tələbləri, kvalifikasiya standartı isə kvalifikasiyalar üzrə tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını özündə əhatə edir.

Bu standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığında, işçi qüvvəsinin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasında əsas bazadır.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

Aynur Camal

Oxşar xəbərlər

Dünya Kubokunun finalı ABŞ-da rekord izləyici sayı topladı

Aynur Camal

Anar İsgəndərov: Həsən bəy Zərdabi ilə başlanan Milli Mətbuatımız

Aynur Camal

Qərbi Azərbaycan İcmasında ilk yarımilin yekunları müzakirə olundu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu