32 C
Baku
19 İyul 2025, 14:59
Dünya

Daha bir jurnalist həlak oldu

Bugun.tv xəbər verir ki, İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumda Şifa xəstəxanasında bir jurnalist həyatını itirib.

Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamaya görə, İsrailin Qəzzaya hücumlarına başladığı 7 oktyabrdan bu yana öldürülən jurnalistlərin sayı 138-ə yüksəlib.

Məhəmməd Əbu Sahil adlı fələstinli jurnalist İsrail qüvvələrinin Qəzzada Şifa xəstəxanasına basqını zamanı həlak olub.

İsrail ordusu 14 gün davam edən hücumlar zamanı Şifa xəstəxanası və ətraflarında 200-dən çox fələstinlini qətlə yetirib, 900-dən çox fələstinlini isə həbs edib.

İntizar Əmirova

Oxşar xəbərlər

80 yaşlı kişi 4 silahlı qulduru məğlub etdi

Teymur Əziz

Sol ittifaq birinci yerə çıxdı, heç bir partiya təkbaşına səs çoxluğu əldə edə bilmədi

İntizar Əmirova

ABŞ Mərkəzi Komandanlığı Yəmənə növbəti zərbə endirdiyini bildirdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu