28 C
Baku
27 İyun 2025, 12:32
Baş xəbərSosial

Daha bir neçə ailənin Zəngilan rayonunun Ağalı kəndinə köçürülməsinə başlanılır – VİDEO

Bu gün daha bir neçə ailənin Zəngilan rayonunun Ağalı kəndinə köçürülməsinə başlanılır.

Məlumata görə, “Böyük qayıdış” çərçivəsində “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulan 20 ailə (94 nəfər) doğma kəndinə gedəcək.

İlk 10 ailə (50 nəfər) bu gün, qalan 10 ailə (44 nəfər) martın 3-də Ağalı kəndinə qayıdacaq. “Böyük qayıdış” layihəsi çərçivəsində ümumilikdə 420 nəfərdən 86 ailə Ağalı kəndinə köçürülüb. Öz torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin əksəriyyəti əlverişsiz şəraitdə yaşayırdılar. Kənd sakinləri peşə ixtisas və bacarıqlarına uyğun işlə təmin olunacaqlar. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, geyim fabriklərində və s. Geri qayıdan əhali üçün infrastruktur baxımından hər cür şərait yaradılıb, o cümlədən məktəb, uşaq bağçası, bank, poçt, iaşə obyektləri və s. Qeyd edək ki, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıtması prosesi yaxın aylarda da davam etdiriləcək.

Aynur Camal

Oxşar xəbərlər

Prezident fərman imzaladı

Bugün TV

Nikol Paşinyan: “Azərbaycanın ərazi bütövlüyü 86.6 kvadrat kilometdir”

Aynur Camal

Terror təşkilatının təbliğatını aparan 10 şübhəli yaxalandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu