Baş xəbərİdman

Daha iki taekvondoçumuz dünya çempionatını mükafatsız başa vurub

Azərbaycanın daha iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatını mükafatsız başa vurub.

Bugun.tv xəbər verir ki, çempionatda 74 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız Eltac Qafarov monteneqrolu Vasilliy Peruniçiç və Norveç təmsilçisi Sebastian Tuneyə qalib gələrək dörddəbir finala yüksəlib. Növbəti görüşündə Xorvatiya idmançısı Marko Qolubiçə uduzan taekvondoçumuz dünya çempionatında mübarizəni dayandırıb.

Qadınların yarışında Fatimə Məcidova (62 kq) isə 1/16 final mərhələsində Kristina Kaspaya (İtaliya) məğlub olub.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 100 və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək davam edəcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub.

Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Mənbə: AZƏRTAC

Aynur Camal

Oxşar xəbərlər

Metrobüs reklam lövhəsinə çırpıldı

İntizar Əmirova

Çin Haikui qasırğası ilə mübarizə aparır

Bugün TV

Evində Nil timsahını bəsləyən şübhəli tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu